Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2023 18:40
Cari ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 7,2 milyard dollara bərabər olub.
Sonxeber.net TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 42,1 faiz azdır" - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 16,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.