Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Fransa müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə üzr istəməlidir

Prezident: Fransa müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə üzr istəməlidir

Tarix: 5 Iyul 2023 10:33

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə bildirib.

Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən dövlətimizin başçısı qeyd edib: "Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik".

Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.


Etiketlər:  Prezident Fransa müstəmləkə keçmişinə soyqırımı aktlarına görə üzr istəməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ