Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

Tarix: 6 Iyul 2023 10:14

Klassik avtomobil həvəskarlarını gözəl hədiyyə gözləyir: növbəti dəfə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyəcək.

Milli.Az bildirir ki, avqustun 26-da Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Zhara Events"in təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.

Artıq ənənə halını almış yürüş bu il fərqli formatda təşkil olunacaq. Avqustun 26-da Heydər Əliyev Mərkəzindən start götürəcək klassik avtomobillər "Sea Breeze" istirahət mərkəzinədək yürüş edəcəklər. "Sea Breeze" ərazisində isə avtomobillərin sərgisi və retro tərzdə konsert olacaq. Əyləncə proqramında viktorinalar keçiriləcək, müxtəlif nominasiyalarda hədiyyələr veriləcək.

Tədbirin ikinci günü - avqustun 27-də klassik avtomobillərin sərgisi və əyləncə proqramı davam edəcək.

Yürüşdə iştirak üçün 1983-cü ilədək istehsal olunan klassik avtomobillər 10 avqust 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilər. Avtomobillərin qeydiyyatı AAF-ın elektron ünvanı inf[email protected] və ya (+99450) 295 01 00 nömrəsinə müraciətlə aparılır.

Milli.Az


Etiketlər:  Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ