Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ərimlə dənizdə tanış olmuşam” - VİDEO - FOTO

“Ərimlə dənizdə tanış olmuşam” - VİDEO - FOTO

Tarix: 7 Iyul 2023 12:45

Əməkdar artist Manana Caparidze şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, xəbər verir ki, sənətçi qonaq olduğu "Gül kimi şou" verilişində bildirib ki, həyat yoldaşı Georgi Qabelave ilə dənizdə istirahət edərkən tanış olub.

"Təbiəti xüsusi ilə dənizi çox sevirəm. Dəniz mənə xoşbəxtlik gətirir. Öz sevgimi də elə dənizdə tapdım. Həyat yoldaşım Georgi ilə də dənizdə tanış olmuşam. Dənizdən soruşub dedim ki, əgər bu nağıl deyilsə dəniz sevgisi, məhəbbəti varsa, hazıram onu qarşılamağa. 10 gün dəniz kənarında istirahət elədim və doqquzuncu gündə Georgi ilə tanış oldum".

Qeyd edək ki, Manana 2008-ci il yanvarın 8-də iş adamı Georgi Qabelave ilə ailə qurub. Cütlüyün Elizabet adlı qızı, David adlı oğlu var. Sənətçinin həyat yoldaşı Gürcüstanda yaşayır. Onun otellər şəbəkəsi var.


Etiketlər:  Ərimlə dənizdə tanış olmuşam VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ