Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 15:16
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu ilin yanvar-oktyabr (oktyabrın hazırkı dövrünə qədər) ayları ərzində 139 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.
Bunu Trend-ə özəl olaraq mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 19-u uşaq olub.
A.Maqsudov bildirib ki, bu il ərzində 20-si uşaq olmaqla, 116 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.
Şöbə müdiri hesab edir ki, zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil. Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir.
A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin