Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2023 22:40
Polşa Silahlı Qüvvələri ölkənin Şərq sərhədinə əlavə 1000 əsgər və 200 texnika yerləşdirəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə 12-ci Şeçin mexanikləşdirilmiş diviziyası məlumat yayıb.
"Biz Polşanın şərqində mövcudluğumuzu gücləndiririk. 12-ci mexanikləşdirilmiş briqada və 17-ci mexanikləşdirilmiş briqadadan 1000 əsgər və 200-ə yaxın texnika Polşanın şərqinə hərəkət edəcək", - məlumatda deyilir.
Konvoyların hərəkəti ilə əlaqədar ölkənin şimal, şərq və mərkəzi hissələrində avtomobil yollarında nəqliyyatın hərəkətində artım gözlənilir.
"Əməliyyatın məqsədi sərhədimizdə vəziyyətin sabitliyini pozmaq cəhdlərinə dərhal reaksiya vermək iradəsini və bacarığını nümayiş etdirməkdir", - diviziya qeyd edib.