Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2023 09:06
Türkiyə iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin ən azı üç ay uzadılmasını gözləyir. Eyni zamanda, o, onun iki il müddətinə uzadılmasının tərəfdarıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Ümid edirəm ki, taxıl dəhlizi sazişi iyulun 17-dən sonra yenidən uzadılacaq. Biz onun ən azı üç ay uzadılmasını gözləyirik, lakin ümumən iki il müddətinə uzadılmasının tərəfdarıyıq", - deyə dövlət başçısı bildirib.