Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov: Azərbaycan-Ermənistan danışıqları intensiv hal alıb

Ceyhun Bayramov: Azərbaycan-Ermənistan danışıqları intensiv hal alıb

Tarix: 9 Iyul 2023 12:15

Son aylar ərzində Azərbaycan-Ermənistan postmünaqişə kontekstində gedən danışıqlar intensiv hal alıb.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Cənab Prezident bu müddət ərzində bir neçə dəfə Ermənistan lideri ilə görüşüb. Belə görüşlərin müxtəlif beynəlxalq tədbirlər səviyyəsində yaxın zamanlarda yenə də davam etməsi gözlənilir. Həmçinin XİN rəhbərləri, baş nazirlərin müavinləri səviyyəsində də sözügedən danışıqlar aparılır və aparılacaq", - nazir əlavə edib.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Azərbaycan Ermənistan danışıqları intensiv hal alıb


RƏYLƏR