Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndidə çaşqınlıq: Bakı buna icazə verdi

Xankəndidə çaşqınlıq: Bakı buna icazə verdi

Tarix: 9 Iyul 2023 18:27

Rəsmi Bakının növbəti humanitar addımı Xankəndidəki ermənilər arasında təəccüb və sevinclə qarşılanıb.

Sonxeber.net Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni mənbələri yazır.

İddia olunur ki, Azərbaycan tərəfi İrəvandan Xankəndiyə verilən qazı qismən bərpa edib. Qazın bərpasından sonra təzyiqlə bağlı vəziyyəti yoluna qoymaq üçün bir neçə saat tələb olunub.

Separatçılar qazı ilk olaraq yanacaqdoldurma məntəqələrinə yönləndiriblər. Onlar qazın verilişinin nəyə görə bərpa olunduğunu anlamayıblar.

Qeyd edək ki, Azərbaycan erməni əsilli vətəndaşlarının normal həyata qayıtması üçün istənilən addımı atmağa hazır olduğunu daha əvvəl də bəyan edib. Lakin Xankədidəki terrorçu rejim buna mane olaraq yerli əhalidə Azərbaycana qarşı aqressiya yaratmağa çalışır.


Etiketlər:  Xankəndidə çaşqınlıq Bakı buna icazə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ