Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Ermənistana Zəngəzurla bağlı 1 ay vaxt verdi - Detallar

Türkiyə Ermənistana Zəngəzurla bağlı 1 ay vaxt verdi - Detallar

Tarix: 12 Iyul 2023 10:18

Nikol Paşinyan hökumətin iclaslarında Azərbaycana qarşı cəsarətli mətnlər səsləndirsə də, hökumət nümayəndələri onun tapşırığı ilə qapalı görüşlərdə reallıqlardan danışırlar: Müqavimət təkcə faydasız deyil, həm də təsirsizdir. Azərbaycan istədiyini alacaq, Ermənistan isə müqavimət göstərərsə, itkiləri olacaq.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazır.

Nəşr qeyd edir ki, iki gün öncə hökumət nümayəndələri ekspertlərlə qapalı görüş keçirib və açıq, səmimi söhbət olub, lakin ictimaiyyətləşdirilməsi qadağan edilib.

İclasda iştirak edənlərdən biri nəşrə detalları açıqlayıb.

"Vitse-spiker, Ermənistan-Türkiyə münasibətləri üzrə nümayəndə Ruben Rubinyan Ankara ilə danışıqlardan bəhs edib, bildirib ki, Türkiyə Ermənistana Azərbaycanla münasibətləri tənzimləmək üçün bir ay vaxt verib, söhbət normallaşmadan gedir. Türkiyə ilə də münasibətlərin normallaşması bundan asılıdır. Ermənistan bu müddətdə Türkiyə və Azərbaycanın tələblərini yerinə yetirə bilməsə, o zaman Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi unudula, arxivə göndərilə bilər. Türkiyədən gələn ultimatumun bir mənası var: Azərbaycanın tələblərinin yerinə yetirilməsi üçün sizə bir ay vaxt veririk, bunu etməsəniz, Ankara ilə danışmaq şansınız olmayacaq, biz hərəkətə keçəcəyik. Türkiyə hökuməti açıq şəkildə bildirdi ki, Ermənistan hökumətinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini ayırmaq, Ankaranı sivil və konstruktiv, Bakını isə təcavüzkar və barışmaz göstərmək kimi pritimiv cəhdləri mənasızdır. Türkiyənin Azərbaycanla quru əlaqəsinə ehtiyacı var, Zəngəzur dəhlizinin əsl sahibi Ankaradır. Türkiyə açıq şəkildə bildirdi ki, istədiklərini almayana qədər Ermənistanla münasibətlər nizamlanmayacaq, sərhəd açılmayacaq", - nəşr görüşdə iştirak edən mənbəsinə istinadən müzakirələrin detallarını yazıb.

Nəşr qeyd edir ki, görüşdə Ermənistan üçün iki seçimdən bəhs olunub: "Müqavimət göstərməli, döyüşməli, təslim olmalı və ya danışıqlar aparmalı, itki vermədən təslim olmalı. Reallıq bundan ibarətdir. Qarabağdakı ermənilər üçün də eyni seçimdən bəhs olunur. Ya Bakının şərtləri ilə razılaşıb Azərbaycanın dövlət strukturlarına və ictimai institutlarına inteqrasiya edirlər, ya da imtina edərək, Qarabağı tərk etmək məcburiyyətində qalırlar. Görüşdə iştirak edən "artsaxın xarici işlər naziri" (separatçıların nümayəndəsi - red.) Sergey Qazaryan bildirib ki, onların üçüncü variantı da var: Qarabağda 10 mindən çox silahlı döyüşməyə hazırdır. Lakin hökumət nümayəndələri ona izah ediblər ki, Azərbaycana qarşı müharibə ümidsizdir".


Etiketlər:  Türkiyə Ermənistana Zəngəzurla bağlı vaxt verdi Detallar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ