Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah yağmurlu hava gözlənilir - PROQNOZ

Sabah yağmurlu hava gözlənilir - PROQNOZ

Tarix: 12 Iyul 2023 13:16

İyulun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz Balakən-Şəki zonasının bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Milli.Az


Etiketlər:  Sabah yağmurlu hava gözlənilir PROQNOZ


RƏYLƏR