Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2019 12:06
Bakı. Ləman Zeynalova - Trend:
Cənubi Qafqazda sülh yalnız erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkündür.
Trend-in məlumatına görə, bunu Azernews-a müsahibəsində Gürcüstan politoloqu Quram Marxuliya deyib.
O qeyd edib ki, Ermənistan düzgün qərar qəbul edib Azərbaycanın işğal olunmuş torpaqlarından çıxacaq və Cənubi Qafqazda sülh bərqərar olacaq.
Ermənistanın müdafiə naziri David Tonoyanın döyüş əməliyyatlarının Azərbaycanın ərazisinə keçirilməsinin mümkünlüyü barədə açıqlamalarını şərh edən ekspert qeyd edib ki, Ermənistanın “hərbi” rəhbərlərinin manipulyativ açıqlamaları kinayəli gülüş doğurur və yalnız yerli əhalini sakitləşdirməyə yönəlib.
Ekspert əlavə edib ki, bu yaxınlarda Moskvada keçirilmiş Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinin görüşü proqram xarakteri daşıyırdı və heç kim bu görüşdən münaqişənin həllində hər hansı bir irəliləyiş gözləmirdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin