Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fantastik qiymətə bağ evləri satılır - VİDEO

Fantastik qiymətə bağ evləri satılır - VİDEO

Tarix: 13 Iyul 2023 17:44

Bakıda və yaxın ətrafda fantastik qiymətə bağ evləri satılır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, sözügedən bağ evlərinin fantastik qiymətə satılmasına səbəb təkcə ərazisi yox, həm də tikintisində istifadə olunan materiallardır.

Ramil Osmanlı deyib ki, elan saytlarında 20 milyon manat ətrafında satılan bağ evlərini görmək mümkündür. Lakin daha bahalı əmlaklar adətən saytlara yerləşdirilmir. Ümumiyyətlə, satışa çıxarılmasa belə, yüz milyonlarla manat dəyəri olan bağ evləri mövcuddur.

Ekspert bildirib ki, 50 hektara yaxın ərazisi olan bağ evləri də var. Ərazisinin belə böyük olmasının səbəbləri isə müxtəlifdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Fantastik qiymətə bağ evləri satılır VİDEO


RƏYLƏR