Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu hakimlər barədə yeni intizam icraatları başlanılıb

Bu hakimlər barədə yeni intizam icraatları başlanılıb

Tarix: 14 Iyul 2023 09:54

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib, kobud qanun pozuntularına yol vermiş bəzi hakimlər barədə yeni intizam icraatları başlanılıb.

Şuradan Milli.Az-a verilən məlumatda belə deyilir.

Çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb, bu istiqamətdə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Sonra iclasda gündəlikdəki məsələlər üzrə məruzələr dinlənilib, məhkəmə sisteminin səmərəliliyinin artırılması, hakimlərin seçim qaydalarının təkmilləşdirilməsi üzrə konkret təkliflər müzakirə olunub, məhkəmə fəaliyyətini tənzimləyən hüquqi akt layihələrinə baxılıb.

Eyni zamanda Hakimlərin Seçki Komitəsinə yeni üzvlər seçilib, bəzi təşkilati məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

İclasda bundan başqa hakimlərin intizam icraatı üzrə işlərə baxılıb, kobud qanun pozuntularına yol vermiş bəzi hakimlər barədə yeni intizam icraatları başlanılıb.

Milli.Az


Etiketlər:  Bu hakimlər barədə yeni intizam icraatları başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ