Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2023 20:04
Əlindəki meyvə bıçağı ilə yerə yıxıldı, gözünə batdı.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Türkiyədə yaşayan Suriyya əsilli ailədə baş verib. Bursada evdə oynayarkən yerə yıxılan 4 yaşlı Mustafa Əl Əlinin gözünə meyvə bıçağı batıb.
Oğlunu yerdə qanlar içində görən ata uşağın gözünə tampon qoyaraq xəstəxanaya aparıb. İlkin müdaxilədən sonra azyaşlının görmə qabiliyyətini itirdiyi müəyyən edilib.