Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehriban Xanlarova ''Şəhid məktubu''nu təqdim etdi - VİDEO

Mehriban Xanlarova ''Şəhid məktubu''nu təqdim etdi - VİDEO

Tarix: 15 Iyul 2023 22:02

Əməkdar artist Mehriban Xanlarova "Şəhid məktubu" adlı şeirini və ona hazırladığı klipi təqdim edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, şeir Vətən müharibəsi şəhidlərinə həsr edilib.

"İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən etibarən, ürəyimdə sönməyən yanğı var. Çünki həmin dönəmlərdə bütün şəhid ailələrini ziyarət edib, ürək dağlayan hissləri onlarla birlikdə yaşadım. Nə çəkdiklərinə canlı şahid oldum. Bu şeir klipində, fəryad səsimi yüksəldərək, az da olsa ürəyimi boşalda bildim. Tovuz döyüşlərinin il dönümündə, bu şeiri bütün şəhidlərimizə həsr edirəm. Allah hər birinə qəni-qəni rəhmət eləsin" deyə, aktrisa yeni işi haqda fikirlərini bölüşüb.

Şeirin Esmira Ehtibarqızı, musiqi isə Arif Səlimova məxsusdur. 


Etiketlər:  Mehriban Xanlarova Şəhid məktubunu təqdim etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ