Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rəşadın Azərbaycan futbolu üçün etdiklərini unudurlar'' - Aqolli

''Rəşadın Azərbaycan futbolu üçün etdiklərini unudurlar'' - Aqolli

Tarix: 26 Oktyabr 2019 09:28

"Qarabağ" APOEL-ə qarşı yaxşı futbol nümayiş etdirdi. Hər zaman olduğu kimi eyni oyun üslubunda oynadılar. APOEL-ə qalib gələ bilərdilər, amma bu futboldur, hər zaman istədiyin nəticə olmaya bilər".

Bu sözləri ABŞ-ın "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli deyib.

“Qarabağ”da 9 il oynayan albaniyalı futbolçu APOEL-in vurduğu ikinci qol zamanı Rəşad Sadıqovun səhv etməsini şərh edib. O, “Qarabağ”ın kapitanını müdafiə edib: "İnsanlar emosionaldır. Xüsusən də fanatlar. Onlar Rəşad Sadıqovun son 15 ildə Azərbaycan futbolu üçün etdiklərini unudur. Sadıqov Azərbaycan futbolu üçün çox şey edib. Futbol səhvsiz oyun deyil. Burada hər kəsin səhv etməsi normaldır, xüsusən də müdafiəçilərin. Rəşad Sadıqov əla oyunçudur, meydanda komandanın kapitanı və lideridir. Rəşad kimi oyunçuya hər bir komandanın ehtiyacı var".

Aqolli sabiq komandasının Avropa Liqasında qrupdan çıxmaq şanslarını dəyərləndirib: “Kiprdə açıq futbol gedəcək. "Qarabağ" dünənki kimi oynayarsa, Nikosiyadakı görüşdə hər şey yaxşı olacaq. “Qarabağ”ın qrupdan çıxmaq üçün yaxşı şansları olduğunu düşünürəm. Ümidvaram ki, hər şey yaxşı alınacaq” (Sportinfo.az).

 


Etiketlər:  Rəşadın Azərbaycan futbolu üçün etdiklərini unudurlar Aqolli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ