Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çinarə toyundan əvvəl gəlinlikdə görüntülərini PAYLAŞDI - VİDEO - FOTO

Çinarə toyundan əvvəl gəlinlikdə görüntülərini PAYLAŞDI - VİDEO - FOTO

Tarix: 17 Iyul 2023 17:30

Xəbər verdiyimiz kimi, bu axşam aparıcı Çinarə Əliyevanın toyudur. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, televiziya ulduzu lüks villasında toya hazırlıq mərhələsinin görüntülərini izləyiciləri ilə bölüşüb. 

Çinarə dəbdəbəli ağ gəlinlikdə əvvəlcə tək, daha sonra isə bacısı və anası ilə fotoqrafların obyektivinin qarşısına keçib. 

Qeyd edək ki, Çinarə Əliyeva plastik cərrah Ruslan Rəsulovla ailə qurur. Cütlüyün nişanı bu ilin fevralında baş tutub. Aparıcı bir çox məşhurlardan fərqli olaraq xına mərasimi etməkdən imtina edib. 

Milli.Az


Etiketlər:  Çinarə toyundan əvvəl gəlinlikdə görüntülərini PAYLAŞDI VİDEO FOTO


RƏYLƏR