Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2019 12:56
"Fənərbaxça" yeni mövsüm üçün ilk transfer edib.
Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu İranın yüksək liqası təmsilçisi "İstiqlal"ın futbolçusu Allahyar Sayyadmaneşi heyətinə cəlb edib. Bu ilin iyununda 18 yaşı olacaq hücumçu ilə 5 illik müqavilə imzalanacaq.
İran klubunun nümayəndəsi İsmayıl Halilzadə A.Sayyadmaneşi "Fənərbaxça"ya satdıqlarını təsdiqləyib: "Onu "Fənərbaxça"ya 850 min avroya satdıq. Mövsümün sonu buradan ayrılacaq".
Qeyd edək ki, A.Sayyadmanaş "The Guardian"nın hazırladığı 2011-ci il doğumlu ən yaxşı 60 futbolçu sırasında yer alıb.
Əlavə edək ki, A.Sayyadmanaş bu mövsüm 17 matçda oynadığı az müddətdə 2 qol vurub, 2 qolun ötürməsini verib.