Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2023 15:44
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında viza rejiminin ləğvindən sonra iki ölkə arasında uçuşların sayı xeyli artıb. Bəs bu vəziyyət aviabilet qiymətlərinə də təsir edəcəkmi? Çünki Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanlıların ən çox üz tutduğu ölkələrdəndir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, turizm üzrə ekspert Elgün Babayev deyir ki, Birləşmiş Ərəb Əmirliklərinə vizasız səyahət turistlərin xərclərini azalacaq.
Ekpsertin sözlərinə görə, ucuzlaşma ilk olaraq turpaketlərdə özünü göstərəcək.
Eyni zamanda, bu ölkədən tranzit kimi istifadə etməklə Avropaya da sərfəli səyahət mümkün olacaq.
Ekspert qeyd edir ki, viza rejiminin ləğvindən sonra sentyabr ayı üçün müraciətlər kəskin çoxalıb.
Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.