Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Livanda bankların fəaliyyəti dayandırılıb

Livanda bankların fəaliyyəti dayandırılıb

Tarix: 21 Iyul 2023 07:10

Livan Bankları Assosiasiyası (ALB) narazı əmanətçilərin yeni hücum dalğası səbəbindən müştərilərinə xidmətlərin müvəqqəti dayandırıldığını elan edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Livan Bankları Assosiasiyasının yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, işçilərin təhlükəsizliyi və maddi ziyanın qarşısını almaq məqsədilə iyulun 21-i cümə günündən bank qurumlarının qapıları qeyri-müəyyən müddətə bağlanacaq.

İyulun 18-də naməlum şəxs "Kredit Libanais" bankının Şxim şəhərindəki filialına qumbaraatanla daxil olaraq 3 il əvvəl maliyyə böhranı səbəbindən dondurulmuş hesabdan 35 min dolların ona qaytarılmasını tələb edib.

Müalicə üçün ödəməli olduğu məbləğin bir hissəsini alan cinayətkar mühafizəçilərə təslim olub. Oxşar hadisələr iyulun 19 və 20-də Antelyas, Beyrut və Bint-Cbeyldə baş verib. Çərşənbə günü assosiasiya səlahiyyətli şəxslərdən bank ofislərinin hücumlardan qorunmasını tələb edib, lakin hökumət müvafiq tədbirlər görməyib.


Etiketlər:  Livanda bankların fəaliyyəti dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ