Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukraynanın əks-hücumu nəticə verməyib, Qərb məyusdur''

''Ukraynanın əks-hücumu nəticə verməyib, Qərb məyusdur''

Tarix: 21 Iyul 2023 14:44

Ukrayna on minlərlə insanını itirib, ölkənin səfərbərlik potensialı, demək olar ki, tükənib, Qərbin arsenalları tükənir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə bildirib.

Onun sözlərinə görə, Ukraynanın əks-hücumu nəticə verməyib.

"Kiyevin Qərbdəki kuratorları əks-hücumun nəticələrindən açıq şəkildə məyusdurlar. Qərb görür ki, onların təriflədikləri texnikaları mükəmməl yanır və hətta müəyyən mənada sovet maşınlarına da uduzur. Ukrayna sakinlərinin rəyi Avropada olduğu kimi yavaş-yavaş dəyişir, onlar ayılırlar", - Putin vurğulayıb.


Etiketlər:  Ukraynanın əks hücumu nəticə verməyib Qərb məyusdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ