Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boliviya XİN: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox məsələlər öz həllini tapacaq

Boliviya XİN: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox məsələlər öz həllini tapacaq

Tarix: 26 Oktyabr 2019 15:24

Bakı. Elçin Mehdiyev – Trend:

Boliviya inanır ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox məsələlər öz həllini tapacaq.

Trend-in məlumatına görə, bunu Bolivianın Xarici İşlər naziri Dieqo Peri Radriqes Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Boliviya Azərbaycanın hərəkata sədrliyini dəstəkləyir və Azərbaycanın keçirəcəyi bütün tədbirlərdə fəal iştirak edəcək. Boliviyalı nazir bildirib ki, zirvə görüşü tarixi əhəmiyyət daşıyır:

“Sessiyanın əsas mövzularından biri əlaqələrin daha da möhkəmləndirilməsidir. Bandunq prinsipləri ölkələrin suverenliyinin qorunmasında əsas rol oynayır. Bu səbəbdən bu prinsipləri möhkəmləndirmək vacib əhəmiyyət kəsb edir”.

O, həmçinin ölkəsində keçirilən prezident seçkiləri və Boliviyaya qarşı tətbiq edilən sanksiyalar haqqında məlumat verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Boliviya XİN Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çox məsələlər həllini tapacaq


RƏYLƏR