Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neftimizin qiyməti yenidən 84 dolları ötüb

Neftimizin qiyməti yenidən 84 dolları ötüb

Tarix: 22 Iyul 2023 10:24

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.94% və ya 0.78 dollar artaraq, 84.15 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44,6% bahalaşıb.

Milli.Az


Etiketlər:  Neftimizin qiyməti yenidən 84 dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ