Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir

İlham Əliyev: Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir

Tarix: 23 Iyul 2023 12:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı - İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: "Xalqlarımızı ənənəvi dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir".

Prezident İlham Əliyev xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Azərbaycan Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ