Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maldiv XİN: Bakı bölgənin ən canlı şəhərlərindən biridir (FOTO)

Maldiv XİN: Bakı bölgənin ən canlı şəhərlərindən biridir (FOTO)

Tarix: 26 Oktyabr 2019 17:00

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısı çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı, nazirlər Azərbaycan və Maldiv Respublikası arasında siyasi, iqtisadi, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Nazir Abdulla Şahid Qoşulmama Hərəkatının Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Elmar Məmmədyarovu ölkəsinə səfərə dəvət edən nazir Abdulla Şahid, qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib.

Bakının bölgədə ən canlı şəhərlərindən biri olduğunu qeyd edən nazir Abdulla Şahid iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini vurğulayıb. Nazir Elmar Məmmədyarov, öz növbəsində turizmi təşviq etmək məqsədilə iki ölkə arasında viza rejiminin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsini təklif edib.

Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və beynəlxalq arenada əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Maldiv XİN: Bakı bölgənin ən canlı şəhərlərindən biridir (FOTO) Maldiv XİN: Bakı bölgənin ən canlı şəhərlərindən biridir (FOTO) Maldiv XİN: Bakı bölgənin ən canlı şəhərlərindən biridir (FOTO) Maldiv XİN: Bakı bölgənin ən canlı şəhərlərindən biridir (FOTO) Maldiv XİN: Bakı bölgənin ən canlı şəhərlərindən biridir (FOTO) Maldiv XİN: Bakı bölgənin ən canlı şəhərlərindən biridir (FOTO)


Etiketlər:  Maldiv XİN Bakı bölgənin canlı şəhərlərindən biridir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ