Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Mənim üçün Qərb mətbuatının yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir

İlham Əliyev: Mənim üçün Qərb mətbuatının yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir

Tarix: 24 Iyul 2023 15:51

Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində söyləyib.

"İnsanlarla söhbət apardıqda, görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir! Cəmiyyətimiz həmrəy olması və güclü dəstəyi, əlbəttə, əsasən bizim siyasətimiz əvvəlcə işğal altında olmuş ərazilərin azad edilməsi sayəsində formalaşır", - deyə dövlətimizin başçısı qeyd edib. Azərbaycan Prezidenti, həmçinin bildirib: "Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, bilsin: ola bilər, o, haqlıdır, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq".


Etiketlər:  İlham Əliyev Mənim üçün Qərb mətbuatının yazdığı deyil Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ