Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konfrans Liqası: potensial rəqiblərimiz müəyyənləşib, "Neftçi" "Beşiktaş"la oynaya bilər

Konfrans Liqası: potensial rəqiblərimiz müəyyənləşib,

Tarix: 24 Iyul 2023 16:24

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Milli.Az bildirir ki, "Qəbələ" mübarizəni davam etdirməyi bacarsa, "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

"Sabah" II raund səddini keçsə, "Partizan" (Serbiya) ilə rəqib olacaq.

"Neftçi"nin III raunddakı potensial rəqibi "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) cütünün qalibi olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Bu mərhələnin oyunları 10-17 avqust tarixlərində baş tutacaq.

Milli.Az


Etiketlər:  Konfrans Liqası potensial rəqiblərimiz müəyyənləşib Neftçi Beşiktaşla oynaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ