Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2023 16:35
Əməkdar artist Abbas Bağırov Rusiyanın Əməkdar artisti Leonid Aqutinlə bağlı paylaşım edib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, toy məclislərinin birində rus həmkarı ilə bir səhnəni bölüşən sənətçi gözlənilməz improvizəsi ilə Aqutini təəccübləndirib.
Bununla bağlı Bağırov sosial şəbəkə hesabında paylaşım edib:
"Leonid Aqutin yaradıcılığını çox sevirəm. Onun mahnılarında belə improvizasiya edən ilk ifaçı kimi Aqutin tərəfindən bəyəndiyini də biləndə çox xoş oldu mənə. Bir çox tədbirlərdə bərabər çıxışlarda özü hər dəfə təklif edir ki, oxuyaq. Azərbaycan mahnıları ilə mənim mahnılarımın improvizəsi çox maraqlıdır".