Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aysel səhnə həsrətinə son qoydu - VİDEO

Aysel səhnə həsrətinə son qoydu - VİDEO

Tarix: 26 Iyul 2023 22:25

Xəbər verdiyimiz kimi, "Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) illər sonra yeni mahnısını təqdim edib. O, həm sözləri, həm də musiqisi Aytən Əliyevaya aid olan "Воплощение мечты" adlı kompozisiyanı ifa edib.

Milli.Az xəbər verir ki, 34 yaşlı məşhur dünən məclislərin birində səhnəyə çıxaraq sözügedən mahnını səsləndirib.

Qeyd etmək lazımdır ki, bu, Ayselin müğənnilik karyerası ilə vidalaşmasından sonra səhnədə ilk çıxışıdır. Odur ki, Ayselin bu addımını onun səhnə həsrətinə son verilməsi kimi qiymətləndirmək olar.

Məlumat üçün bildirək ki, Aysel 2012-ci ildə Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurduqdan sonra karyerasına son verib. Onun məşhur musiqiçidən 3 övladı var. Aysel səhnədən uzaq qaldığı dövrlərdə övladlarını böyütməklə məşğul olub. (publika)

Milli.Az


Etiketlər:  Aysel səhnə həsrətinə son qoydu VİDEO


RƏYLƏR