Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağa yük daşıyan bu şirkətin kimlərə bağlı olduğu üzə çıxdı.. - VİDEO

Qarabağa yük daşıyan bu şirkətin kimlərə bağlı olduğu üzə çıxdı.. - VİDEO

Tarix: 28 Iyul 2023 17:24

"Humanitar yük" adı altında yüklənən tırlar Laçın Sərhəd Keçid Məntəqəsinə yaxın ərazidə gözləyirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onlar Azərbaycanın suveren ərazilərinə keçmək üçün ermənistandan yola çıxıblar. Bu sifarişi isə Ermənistanın məşhur "Spayka" şirkətinə məxsus tırlar həyata keçirir.

"Hansı ki, bu şirkət hələ Vətən Müharibəsi zamanı bir neçə çirkli əməllər həyata keçirib."

"Spayka" şirkəti 2020-ci ildə "humanitar yük" adı altında Ermənistan ordusunun silahların daşınmasında aktiv iştirak edib.

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, Azərbaycan birmənalı olaraq bu tırları Laçın Sərhəd Keçid məntəqəsindən buraxmayacaq...

Ekspert deyir ki, üstəlik o yüklərin təyinatı da hələki qaranlıqdı. Orada humanitar yardım adı ilə başqa vasitələr də keçirilə bilər.

Ədalət Verdiyev "Spayka" şirkətinin sahiblərinin kimliyi və əlaqələri barədə də danışıb.

Odur ki, belə bir şirkətin humanitar yardım adı ilə fəaliyyəti birmənalı Azərbaycan ərazisində bloklanmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Qarabağa yük daşıyan şirkətin kimlərə bağlı olduğu üzə çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ