Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maskdan eks-həyat yoldaşının nişanlanmasına reaksiya - FOTO

Maskdan eks-həyat yoldaşının nişanlanmasına reaksiya - FOTO

Tarix: 28 Iyul 2023 18:36

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Maskın keçmiş həyat yoldaşı Talula Rayli ailə qurur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 37 yaşlı aktrisa 33 yaşlı həmkarı Tomas Brodi-Sanqsterlə nikah masasına əyləşməyi planlaşdırır. Bu barədə Talula tvitter hesabında paylaşım edib. Mask da öz növbəsində onun paylaşımına rəy bildirərək aktrisanı təbrik edib.

Qeyd edək ki, Talula və Tomas 2021-ci ildə "Pistol" filminin çəkiliş meydançasında tanış olublar və ekran işində iki aşiqi canlandırıblar. Talula Maskla 2010-cu ildə ailə qurub, lakin iki il sonra boşanıblar. Sonradan yenidən bir araya gələn ikili 2013-cü ildə yenidən evləniblər. Bu dəfə onların evliliyi üç il davam edib və 2016-cı ildə yenidən boşanıblar.

Milli.Az


Etiketlər:  Maskdan eks həyat yoldaşının nişanlanmasına reaksiya FOTO


RƏYLƏR