Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" - "Jelezniçar" oyununun biletləri satışa çıxarılıb

Tarix: 28 Iyul 2023 21:48

Bakıda "Neftçi" ilə Bosniya və Herseqovina "Jelezniçar"ı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Klubdan Milli.Az-a verilən məlumata görə, qiyməti 3 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 AZN (VİP) təşkil edən biletləri "Iticket.az" saytından onlayn şəkildə əldə etmək olar.

Qeyd edək ki, avqustun 3-də 8-ci km stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Sarayevodakı ilk görüşdə qalib müəyyənləşməyib - 2:2.

Milli.Az


Etiketlər:  Neftçi Jelezniçar oyununun biletləri satışa çıxarılıb


RƏYLƏR