Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2023 17:12
İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffon karyerasını başa vurmaq qərarına gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb. O, bildirib ki, "Parma"nın 45 yaşlı qolkiperi yaxın zamanda qərarını açıqlayacaq.
"Parma"nın yetirməsi olan Buffon karyerası ərzində "Yuventus" və PSJ-nin də formasını geyinib. 10 dəfə İtaliya, bir dəfə Fransa çempionu olan qolkiper altı dəfə İtaliya kubokunu əldə edib. O, həmçinin, 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionluğunu qazanıb.