Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2023 14:46
Rusiyadan Belarusa gələn "Vaqner" hərbi qruplaşmasının 100-dən çox muzdlu döyüşçüsü Polşa ilə sərhədə tərəf irəliləməyə başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Onun sözlərinə görə, vaqnerçilər Suvalki dəhlizinə - Polşa-Litva sərhədinin 100 kilometr uzunluğu olan strateji hissəsinə yaxınlaşıblar.
"Şübhəsiz, bu, Polşa ərazisinə hibrid hücum istiqamətində bir addımdır. Çox güman ki, muzdlular Belarus sərhədçiləri libasına bürünəcək və Polşada sabitliyi pozmaq üçün qeyri-qanuni mühacirlərin ölkəmizə girməsinə kömək edəcəklər", - deyə Moravetski bildirib.