Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2023 15:22
Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında Fərat Qalxanı bölgəsində hücum atəşi açan 12 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə nazirliyin Twitter səhifəsində məlumat yayılıb.
Nazirlikdən verilən açıqlamada, "Qəhrəman Mehmetçik Suriyanın şimalında terrorçulara qarşı mübarizəsini effektiv və qətiyyətlə davam etdirir. Fərat Qalxanı bölgəsində təqiblərə atəş açan 12 PKK/YPG terrorçusu uğurlu əməliyyatla zərərsizləşdirilib". ifadələrdən istifadə edilib.