Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alman müxalifəti çağırış etdi: Bu raketləri Kiyevə verin...

Alman müxalifəti çağırış etdi: Bu raketləri Kiyevə verin...

Tarix: 30 Iyul 2023 17:58

Siyasətçilər və diplomatlar Almaniya hakimiyyətini Ukraynaya "Taurus" raketlərini verməyə çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bundestaqın müxalif Xristian Demokratik İttifaqından deputat Roderix Kizevetter bildirib ki, Berlin təcili olaraq Ukraynaya daha çox "Leopard 2" tankı, minatəmizləmə avadanlığı, zenit sistemləri, sursatlar və "Taurus" qanadlı raketləri verməlidir.

Onun sözlərinə görə, hazırda alman ordusunun arsenalında 600 "Taurus" raketi var.

Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi Kiyevə "Taurus" uzaqmənzilli qanadlı raketlər verməkdən imtina etmişdi.

Milli.Az


Etiketlər:  Alman müxalifəti çağırış etdi Bu raketləri Kiyevə verin


RƏYLƏR