Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə çimərlik bağlandı - ŞOK SƏBƏB

Türkiyədə çimərlik bağlandı - ŞOK SƏBƏB

Tarix: 31 Iyul 2023 22:20

Türkiyənin İstanbul şəhəri yaxınlığında, Sofular çimərliyi ərazisində 28 partlamamış mina aşkarlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Hazırda sakinlərin çimərliyə girişi dayandırılıb. İstanbul Valiliyi sursatların zərərsizləşdiriləcəyini açıqlayıb.

Bildirilir ki, minalar Şiladakı Sofular ictimai çimərliyində dənizdə çimmək qərarına gələn bir vətəndaş tərəfindən aşkar edilib. Vətəndaş bundan sonra jandarma dəstələrinə xəbər verib.

Jandarma briqadaları dənizdən və çimərlikdən istirahət edənləri təxliyə ediblər.

Sualtı müdafiə qrupunun komandanlığı dənizə dalıb və sursatların yerini müəyyən edib.

Qeyd olunub ki, avqustun 2-dək 28 mina məhv ediləcək.

Milli.Az


Etiketlər:  Türkiyədə çimərlik bağlandı ŞOK SƏBƏB


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ