Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günay Kiprdə mükafat aldı - FOTO

Günay Kiprdə mükafat aldı - FOTO

Tarix: 2 Avqust 2023 17:00

Türkiyədə yaşayan model Günay Musayeva mükafat alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, model Şimali Kipr Türk Respublikasının "Turizm və müvəffəqiyyət mükafatları" gecəsində mükafata layiq görülüb. Bu barədə Günay sosial media hesabında paylaşım edib.

O, "Beynəlxalq arenada ən bacarıqlı model" nominasiyasında mükafatlandırılıb. Günay paylaşımında "Necə gözəl bir tədbir. Hər şeyə görə təşəkkürlər" sözlərini yazıb.

Qeyd edək ki, sözügedən gecədə Xalq artisti Azərin "Türk dünyasının ən yaxşı qadın sənətçisi" adına layiq görülüb.

Milli.Az


Etiketlər:  Günay Kiprdə mükafat aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ