Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Belarusla sərhəddə döyüş helikopterləri hazır vəziyyətə gətirildi

Belarusla sərhəddə döyüş helikopterləri hazır vəziyyətə gətirildi

Tarix: 4 Avqust 2023 07:50

Polşa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Polşa Silahlı Qüvvələri Baş Komandanlığının birinci müavini general Marek Sokolovski bildirib.

"1-ci Aviasiya Briqadası və 25-ci Hava Briqadasının helikopterləri yenidən qruplaşdırılıb. Artıq onların yerləşdiyi ərazilərin ilkin kəşfiyyatı aparılıb. Aviasiya sahəsində texniki brifinqlər keçirilib", - deyə M.Sokolovski qeyd edib.

Onun sözlərinə görə, helikopterlər döyüşə hazır vəziyyətdədir: "Onları tam uçuş lisenziyası olan təcrübəli pilotlar idarə edir. Narahatedici bir hadisə baş verərsə, silahdan istifadə etməkdən çəkinməzlər".

Milli.Az


Etiketlər:  Belarusla sərhəddə döyüş helikopterləri hazır vəziyyətə gətirildi


RƏYLƏR