Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kömürü qanunsuz daşıyan sürücülər cəzalandırıldı - FOTO

Kömürü qanunsuz daşıyan sürücülər cəzalandırıldı - FOTO

Tarix: 4 Avqust 2023 12:08

Şabran rayonunun Gəndob və İsmayıllı rayonunun Burovdal kəndləri ərazilərində nəqliyyat vasitələri ilə qanunsuz yolla istehsal edilən ağac kömürünün daşındığı müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Milli.Az-a bildirib ki, avtomobillərə keçirilən baxış zamanı "Qaz-69" markalı, 32-BA-507 dövlət qeydiyyat nişanlı avtomobildə hər birinin çəkisi 5 kq olan 100 kisə, "Mitsubishi" markalı, 10-JN-186 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində isə hər birinin çəkisi 4 kq olan 250 kisə kömür aşkar edilib.

"Faktlarla bağlı nəqliyyat vasitələrinin sürücüləri Hikmət Musayev və Kamran Hüseynov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb", - o qeyd edib.

Milli.Az


Etiketlər:  Kömürü qanunsuz daşıyan sürücülər cəzalandırıldı FOTO


RƏYLƏR