Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2023 16:18
Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı son bir ayda 43 mindən çox əfqanın İran tərəfindən deportasiya edildiyini, 46 min əfqanın isə öz istəyi ilə ölkələrinə qayıtdığını açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə məlumatı mətbuat konfransında "Taliban" hökumətinin nümayəndəsi Əbdürrəhman Rəşid təqdim edib.
İran rəsmiləri vaxtaşırı verdikləri açıqlamalarda İranda təxminən beş milyon əfqanın yaşadığını bildiriblər.
Tehran əfqanların adətən Herat və Nimruz əyalətlərində yerləşən sərhəd-buraxılış məntəqələrindən İrana daxil olduqlarını bildirib.