Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Fənərbağça” 25 milyonluq tanınmış futbolçunu pulsuz aldı - FOTO

“Fənərbağça” 25 milyonluq tanınmış futbolçunu pulsuz aldı - FOTO

Tarix: 4 Avqust 2023 18:24

"Fənərbağça" Joao Pedro və Dieqo Rossi kimi futbolçuların klubdan ayrılmasından sonra cinah transferi üçün hərəkətə keçib.

Milli.Az metbuat.az-a istinadən bildriir ki, "Fənərbağça" danışıqlar apardığı Tete və menecerini İstanbula gətirib. Bildirilir ki, tərəflər transfer üçün detalları razılaşdırıb. Məlumata görə, Tete "Şaxtyor Donetsk"lə müqaviləsini pozaraq azad agent olub. Buna görə də, "Fənərbaxça" Teteni transfer etmək üçün pul ödəməyəcək.

"Sabah Spor"un xəbərinə görə, Tetenin hazırda bazar dəyəri 25 milyon avrodur. Futbolçunun "Fənərbağça"dan illik 4,5 milyon avro maaş alacağı qeyd edilib.

Milli.Az


Etiketlər:  Fənərbağça 25 milyonluq tanınmış futbolçunu pulsuz aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ