Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şair Cığatel İsaqızına AĞIR İTKİ: oğlu ağır xəsarət aldı, nəvəsi öldü

Şair Cığatel İsaqızına AĞIR İTKİ: oğlu ağır xəsarət aldı, nəvəsi öldü

Tarix: 6 Avqust 2023 16:08

Salyanda iki minik avtomobili toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı da xəsarət alıb.

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.

Qeyd edək ki, qəzada ağır xəsarət alan Ayaz Qasımov şairə Çığatelin oğlu, həyatının itirən azyaşlı isə nəvəsidir.

Milli.Az


Etiketlər:  Şair Cığatel İsaqızına AĞIR İTKİ oğlu ağır xəsarət aldı nəvəsi öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ