Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldunu Bakıya bu şirkət gətirir - YENİ DETALLAR

Ronaldunu Bakıya bu şirkət gətirir - YENİ DETALLAR

Tarix: 7 Avqust 2023 08:02

Ötən gün Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldunun qida məhsulu şirkətlərindən birinin reklam çəkilişi üçün Azərbaycana gələcəyi ilə bağlı xəbər vermişdik.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçunun paytaxtımıza gəlişi barədə bəzi detallar məlum olub.

Belə ki, Kristiano "Honsen İnternational MMC" şirkətinin reklam siması olacaq. Səfərin təşkilatçısı isə "Günəş konsorsium" ilə "İctimai-iqtisadi-dimlomatik" lobbidir.

O cümlədən Ronaldu ilə görüş və koorporativ imza mərasiminin də keçirilməsi planlaşdırılır. Məlumata görə, artıq tərəflər arasında müqavilələr hazırlanaraq vəkillər tərəfindən təsdiqlənib. Portuqaliyalının ölkəmizə təşrif buyuracağı ay da məlumdur.

Qeyd edək ki, Kriştianu Ronaldu "Black tie event"in fəxri qonaqlarından biridir.


Etiketlər:  Ronaldunu Bakıya şirkət gətirir YENİ DETALLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ