Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2023 11:32
Rusiya və Çin Alyaska yaxınlığında birgə dəniz təlimləri keçirib və bu, Amerikanın narahatlığına səbəb olub.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bu barədə "Foks Nyus" məlumat yayıb.
"Bu, Rusiya və Çin arasında böyük və miqyasda görünməmiş birgə hərbi dəniz əməliyyatıdır. İstər mənim kimi Alyaskada, istərsə də ABŞ-ın şərq sahilində yaşayan olsun, sərhədimizə yaxın bu cür hərəkətlər narahatlıq doğurur", - senator Den Sallivan vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, Moskva və Pekinin birgə əməliyyatı 11 gəmidən ibarət olub və Alyaskanın cənub-qərb sahilləri yaxınlığında baş tutub. ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya və Çin gəmilərini ABŞ sularından uzaqlaşdırmaq üçün dörd esmines yerləşdirərək dərhal cavab verib.