Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəzi yerlərdə 42 dərəcə isti gözlənilir - PROQNOZ

Bəzi yerlərdə 42 dərəcə isti gözlənilir - PROQNOZ

Tarix: 7 Avqust 2023 12:58

Avqustun 08-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 33-38° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Milli.Az


Etiketlər:  Bəzi yerlərdə 42 dərəcə isti gözlənilir PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ