Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Tarix: 7 Avqust 2023 14:34

Gürcüstanın Azərbaycandakı səfirliyində matəmlə əlaqədar bayraq endirilib.

Bu barədə səfirlikdən bildirilib.

Qeyd edək ki, avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar bu gün matəm günü elan edilib. Bununla əlaqədar bütün ölkə ərazisində dövlət və hökumət binalarında, inzibati binalarda bayraqlar endirilib, əyləncəli proqramlar ləğv edilib.

Matəm 8 avqust saat 00:00-dək davam edəcək.

Prezidenti İlham Əliyev də faciə ilə bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib.

Xatırladaq ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin meyiti tapılıb, təxminən 20 nəfərin axtarışlarının isə davam etdirildiyi bildirilir. Ölənlərdən 14-nün şəxsiyyətinin müəyyən edildiyi, onlar arasında Rustavidən olan 18 yaşlı etnik azərbaycanlı Samirə İsayeva, həmçinin bir Rusiya vətəndaşı var.

Milli.Az


Etiketlər:  Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib


RƏYLƏR