Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Universitetinin növbəti uğuru (FOTO)

Azərbaycan Universitetinin növbəti uğuru (FOTO)

Tarix: 28 Oktyabr 2019 11:24

Bakı. Trend:

Öz fəaliyyətində keyfiyyəti əsas meyarlardan biri kimi daim üstün tutan Azərbaycan Universiteti daha bir uğura imza atıb. Tələbələr üçün yüksək keyfiyyətli təhsil mühitinin yaradılması məqsədilə menecment sistemi üzrə sertifikasiyadan keçən universitet ISO 9001:2015 beynəlxalq sertifikatını əldə edib. Universitetin idarə olunmasının beynəlxalq standartların tələblərinə uyğunluğunu təsdiqləyən sertifikat həm təhsil sistemindəki müasir çağırışlara və yeniliklərə çevik uyğunlaşmaq imkanı yaradır, həm də tədris prosesinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin edir.

Təhsil sahəsində rəqabət qabiliyyətinin artırılması üçün bu standartların tətbiqinin vacibliyinə inanan universitet rəhbərliyi tərəfindən 2019-cu ilin əvvəlində İSO 9001:2015 keyfiyyətin idarə olunması sistemi üzrə beynəlxalq standartların tətbiqi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə universitet əməkdaşlarından ibarət işçi qrupu yaradılaraq beynəlxalq ekspertlər dəvət olunub.

İşçi qrupu üçün keçirilən müvafiq təlimlərin, o cümlədən keyfiyyətin idarə olunması ilə bağlı ölçmə sistemi üzrə meyarların müəyyən olunmasının və təbiqinin ardından ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” sertifikatı universitetə təqdim olunub. Təlimlərdə iştirak edən universitet əməkdaşları da müvafiq sertifikata layiq görülüblər.

Qeyd edək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) milli standartlaşdırma təşkilatlarının beynəlxalq federasiyasıdır. 1947-ci ildə rəsmi fəaliyyətə başlayan təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Dünyada ISO sertifikatı almış müəssisə beynəlxalq keyfiyyət meyarına uyğunlaşmış bir müəssisə kimi qəbul olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azərbaycan Universitetinin növbəti uğuru (FOTO) Azərbaycan Universitetinin növbəti uğuru (FOTO) Azərbaycan Universitetinin növbəti uğuru (FOTO) Azərbaycan Universitetinin növbəti uğuru (FOTO)


Etiketlər:  Azərbaycan Universitetinin növbəti uğuru FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ