Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qasırğaya görə 350-dən çox aviareys təxirə salındı

Qasırğaya görə 350-dən çox aviareys təxirə salındı

Tarix: 9 Avqust 2023 08:16

Yaponiyanda Kanun qasırğası səbəbindən Yaponiyada ən azı 360 aviareys ləğv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Həmçinin Yaponiyanın cənub-qərbində yüksək sürətli Şinkansen qatarlarının və bərələrin hərəkəti dayandırılıb.

Kaqosima və Miyazaki prefekturalarında 9 mindən çox ev işıqsız qalıb.

Yaponiyanın cənubunda bir həftədən artıqdır ki, tüğyan edən "Eve" tayfunu "Okinava" və Kyuşu adalarında güclü yağışa səbəb olub. Həmçinin 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Milli.Az


Etiketlər:  Qasırğaya görə 350 dən çox aviareys təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ